Lukaşenko Rusiyadan atom bombası aldığını açıqladı

 17:56 14.06.2023     338

Belarus Rusiyadan taktiki nüvə silahı almağa başlayıb. Köçürülən nümunələrin bəziləri 1945-ci ildə ABŞ-ın Xirosima və Naqasakiyə atdığı atom bombalarından üç dəfə güclüdür.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Aleksandr Lukaşenko rusiyalı təbliğatçı Olqa Skabeyevaya müsahibəsində deyib.

"Rusiyadan aldığımız raket və bombalarımız var. Bombalar Xirosima və Naqasakidəki bombalardan üç dəfə güclüdür",-deyə  o, belə bir bombanın bir milyon insanı öldürə biləcəyini də qeyd edib.

Nüvə silahlarının artıq təhvil verilib-verilməməsi ilə bağlı suala cavab verən Lukaşenko bildirib ki, ötürülmə prosesi hələ başa çatmayıb.  Dövlət başçısı onları kameranın altında göstərməyəcəyini əlavə edib.

Lukaşenko onu da vurğulayıb ki, Belarusda sovet dövründən qalan çoxsaylı nüvə anbarları var.

Onun sözlərinə görə, Rusiyanın nüvə silahları Minskin tələbi ilə Belarusa çatdırılacaq, ancaq Moskva tərəfindən təsdiq edilməyib. 

Arzu İSMAYIL