Əlcəzair himninə Fransanın müstəmləkəçiliyindən bəhs edən sətirlər qaytarıldı

 21:21 14.06.2023     312

Əlcəzair prezidenti Abdelmacid Tebboun Fransanın müstəmləkəçi dövlət olduğunu xatırladan "Kəssaman" kimi tanınan dövlət himninin sətirlərinin dəyişdirilməsi haqqında fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü "Maghreb aktu" informasiya portalı məlumat yayıb.

Qeyd edək ki, "Kəssaman" 1950-ci illərin ortalarında yazılıb və ölkə 1962-ci ilin iyulunda Fransadan müstəqillik əldə etdikdən sonra Əlcəzair Xalq Demokratik Respublikasının himni olub.

Aşağıdakı sətirlər Əlcəzairin milli himninə qaytarıldı:

“Oh, Fransa, boş danışmağın vaxtı bitdi.

Kitab bağlanan kimi bağladıq.

Ey Fransa! Hazır olun, hesablarınızı ödəməli olduğunuz gün gəldi.

Cavabımız budur, inqilabımız öz hökmünü verəcək.

Çünki biz qərar verdik - Əlcəzair yaşayacaq,

Siz buna şahid olun!”

Müşahidəçilərin fikrincə, 1986-cı ildə ANDR-nin keçmiş prezidenti Çadli Bendjedidin qərarı ilə bərpa edilmiş sətirlər himndən çıxarılıb. Bunun siyasi səbəblərdən edildiyi güman edilir. 

Xatırladaq ki, Əlcəzair 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi olub.

Şimali Afrika ölkəsi 1954 -1962-ci illərdə davam edən milli azadlıq müharibəsi nəticəsində Fransadan müstəqillik qazanıb.

Uzun illərdir ki, Əlcəzairin hakimiyyət orqanları və ictimai təşkilatları Parisdən müstəmləkəçilik dövründə törədilmiş cinayətlərə görə rəsmi və hərtərəfli üzr istəməsini tələb edir.

Tunar Altunbay