Yunanıstan sahillərində qayıq aşdı - 59 nəfər öldü

 23:45 14.06.2023     260

Şimali Afrikadan olan miqrantları daşıyan qayıq Yunanıstan sahillərində aşıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən hadisə nəticəsində 59 nəfərin cəsədi sudan çıxarılıb.

Həmçinin, 104 nəfər xilas edilib. İtkin düşənlərin sayı məlum deyil.

Fəlakətə səbəb qayıqdakı sıxlıq olub.

Qeyd olunub ki, Yunanıstan üçün bu, ilin əvvəlindən bəri ən böyük gəmi qəzasıdır.