Torpaq üstündə davada 8 nəfər öldürüldü
Türkiyədə torpaq üstündə dava zamanı 8 nəfər öldürülüb.
Redaktor.az "Haberturk"ə istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda torpaq mübahisəsi zəminində iki ailə arasında baş verən davada 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya aparılarkən kənddə jandarma tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.
Diyarbakır valisi Əli İhsan Su hadisə zamanı 7 nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanada öldüyünü açıqlayıb. Vali qeyd edib ki, xəstəxanada olan 3 nəfərin vəziyyətləri normaldır.