Putin Moskvada Əlcəzair prezidenti ilə görüşdü

 15:53 15.06.2023     287

Rusiya Prezidenti Vladimir Putin Moskvada dövlət səfərində olan Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdülməcid Tebbun ilə görüşüb.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremldə keçirilən danışıqlarda müxtəlif sahələrdə strateji Rusiya-Əlcəzair əməkdaşlığının inkişaf etdirilməsi məsələləri, həmçinin beynəlxalq gündəliyin aktual mövzuları, o cümlədən Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyət müzakirə edilib.

Böyük Kreml Sarayının Georgi zalında keçirilən rəsmi görüş mərasimindən sonra iki ölkə liderləri arasında söhbət baş tutub.

Daha sonra beynəlxalq məsləhətləşmələr geniş tərkibdə davam etdirilib.