Berluskoni yandırıldı

 23:26 15.06.2023     409

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin cənazəsi yandırılıb.

Redaktor.az xəbər verir ki, ANSA-nın məlumatına görə, siyasətçinin külü olan qab onun valideynlərinin külü ilə birlikdə saxlanacaq.

Bildirilir ki, kremasiya proseduru Piemont bölgəsində baş tutub.

Berluskoninin külü olan qab, siyasətçinin sağlığında onun xahişi ilə tikilmiş Arkordakı şəxsi villasındakı məqbərəyə qoyulacaq.

Əvvəlcə Milanın Monumental Qəbiristanlığında dəfn edilən Berluskoninin valideynlərinin külü əvvəllər ailə məqbərəsinə köçürülüb.

Tunar Altunbay