Polşa Belarusla sərhəddə elektron maneənin tikintisini başa çatdırdı

 00:01 16.06.2023     269

Polşa Belarusla sərhəddə elektron maneənin tikintisini başa çatdırıb.

Redaktor.az xəbər verir ki bu barədə Polşa Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edib ki, elektron tikintinin uzunluğu 206 kilometrdir və 3 min ədəd gecə-gündüz görmə kamerası, termal görüntü aparatı və aşkarlama kabelləri ilə təchiz edilib.

Xatırladaq ki, ötən ilin yayında Belarusla sərhədin Podlasye hissəsində tikanlı məftillərlə 5,5 metr hündürlüyündə polad hasarın tikintisi başa çatdırılıb. Hasarın uzunluğu 186 kilometrdir. Elektron maneə mövcud olmayan sahələri də əhatə edir.