Florida qubernatoru Baydeni "yıxıb sürüdü"...

 08:55 16.06.2023     325

ABŞ prezidenti Cozef Bayden administrasiyasının Ağ Evdə LGBT icmasına həsr olunmuş tədbiri Amerika bayrağına hörmətsizlikdir.

Redaktor.az xəbər verir ki, bunu Florida qubernatoru Ron Desantis deyib.

Onun sözlərinə görə, qəbul zamanı bəzi iştirakçılar tərəfindən nalayiq davranışlar müşahidə etmək mümkün olub:

“Ağ Evdə LGBT üzvlərinin bayrağı Amerika bayrağından prioritet idi, bu səhvdir, ABŞ bayrağı belə görünməməlidir. Baydenin qəbulu zamanı LGBT icmasının bir sıra nümayəndələri bütün ədəb normalarını pozurdu. ABŞ hakimiyyəti bu cür davranışı pisləməlidir” (report).