Serj Sarqsyanın müavini həbs edildi

 15:56 16.06.2023     306

Ermənistan Respublika Partiyasının sədri Serj Sarqsyanın müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan iki ay müddətinə həbs edilib.

Redaktor.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə onun vəkili Tiqran Atanesyan məhkəmə iclasından dərhal sonra məlumat verib.

“O, “Nubaraşen” cəzaçəkmə müəssisəsinə köçürüləcək. O, keçmiş nazir və tibb xidmətinin polkovnik-leytenantı olsa da, cinayətkarlarla birlikdə saxlanılacaq”, - deyə vəkil bildirib.

Armen Aşotyan iyunun 15-də saxlanılıb.

Qeyd edək ki, Aşotyan və İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetə məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.