Ukraynada rusların 4 bölüyü məhv edildi

 17:40 16.06.2023     372

Ukrayna hərbçiləri gün ərzində rus işğalçılarının dörd bölüyünü məhv edib və Taurida istiqamətində düşmənin 53 texnikasını vurub.

Redaktor.az "RBC-Ukrayna"yaı mesajına istinadən xəbər verir ki, bunu “Tavriya” qoşunlarının əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavski deyib.

"Müdafiə qüvvələri düşməni torpaqlarımızdan sıxışdırmaqda davam edir. Son 24 saat ərzində 36 döyüş toqquşması baş verib, 578 atəş açılıb. Taurida Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri gün ərzində 1481 atəş tapşırığını yerinə yetirib",- o, deyib.

Tarnavskinin sözlərinə görə, rus işğalçılarının ölən və yaralananlar arasında itkiləri dörd bölükdən çox olub.

Bundan əlavə, düşmənin 53 hərbi texnikası, o cümlədən 12 tank, 6 piyada döyüş maşını, altı zirehli maşın, üç zirehli personal daşıyıcısı, haubitsa 2A65 "Msta-B", iki pilotsuz uçan aparat, avtomobillər məhv edilib. 

Bununla yanaşı, Rusiyanın 3 silah-sursat anbarı da vurulub.

Tunar Altunbay