Bayden Stoltenberqdən daha bir il vəzifəsində qalmağı istədi
ABŞ Prezidenti Co Bayden keçən həftə NATO-nun Baş katibi Yens Stoltenberqdən daha bir il vəzifəsində qalmasını istəyib.
Redaktor.az xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.
Bildirilir ki, Stoltenberq hələlik ABŞ Prezidentinin istəyinə cavab verməyib.
Bayden müvafiq istəyi Stoltenberqin 12-13 iyun tarixlərində Vaşinqtona səfəri zamanı NATO Baş katibinə ünvanlayıb.