Hakan Fidan Kılıçdaroğlu ilə qalmaqallı görüşdən sonra ABŞ səfirini qəbul etdi - FOTO
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan cümə günü prezident Rəcəb Tayyib Ərdoğanın "qapılarını bağladığı" ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyki qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
“Nazir Fidan ABŞ-ın Türkiyədəki səfiri Cef Fleyki qəbul edib”, - məlumatda deyilir.
Xatırladaq ki, bu ilin yazında prezident seçkilərinə az qalmış amerikalı diplomat türk müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşüb. Səfirin bu addımı Türkiyə hakimiyyətinin hiddətinə səbəb olub. Ərdoğan daha sonra Flake üçün "qapılarının artıq bağlı olduğunu" söyləyib.
Tunar Altunbay
Minister of Foreign Affairs @HakanFidan received #US Ambassador @JeffFlake, in a courtesy visit. pic.twitter.com/62Zl3mmXRA
— Turkish MFA (@MFATurkiye) June 16, 2023