"Nüvə başlıqlarının ilk partiyası Belarusa çatdırılıb" - Rusiya Prezidenti
"Ölkə ərazisində yerləşdirilməsi planlaşdırılan nüvə başlıqlarının ilk partiyası Belarusa çatdırılıb".
Redaktor.az TASS- a istinadla xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz taktiki silahların bir hissəsini Belarus ərazisinə keçirəcəyik. Artıq ilk nüvə başlıqları Belarus ərazisinə çatdırılıb. Yayın sonuna qədər bu işi başa çatdıracağıq”, - deyə o bildirib.
Tunar Altunbay