Bu ölkədə qadın deputatların sayı artırılacaq

 23:01 16.06.2023     489

Monqolustanın Dövlət Böyük Xuralı (parlamenti) qarışıq seçki sistemini tətbiq edən və deputatların sayını 76-dan 126-ya çatdıran yeni seçki qanunu qəbul edib ki, bunun da 30%-i qadınlar olmalıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Monqolustan parlamentinin spikeri Qombojavin Zandanşatar bağlanış iclasında canlı yayımda bildirib.

"Parlamentdəki partiya fraksiyaları tərəfindən verilən təkliflər "Parlament seçkiləri haqqında" qanunun birləşdirilmiş variantında qəbul edilib. Onlar qarışıq sistemlə keçiriləcək və deputatların sayı 76 nəfərdən 126 nəfərə yüksələcək. Onlardan da 2024-cü il parlament seçkilərinin nəticələrinə görə, 30%-i qadınlar təşkil edəcək, 2028-ci ildə keçiriləcək seçkilərdən sonra onların payı 40%-ə yüksələcək”,- deyə Xural sədri bildirib.

O əlavə edib ki, yeni qanun həm də təşviqatçıların sayını və təşviqat xərclərini azaldacaq. Seçki qanununa edilən dəyişikliklərin bir hissəsi olaraq gələn həftə parlament Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxun təqdim etdiyi siyasi partiyalar haqqında yeni qanunu müzakirə edəcək.

Tunar Altunbay