İranda saxta spirtli içkidən 95 nəfər zəhərləndi - 14-ü öldü
İranın Əlburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən 95 nəfər zəhərlənib.
Redaktor.az xəbər verir ki, saxta spirtli içkilərin 4 əsas satıcısı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.
Xəstəxanaya yerləşdirilənlərdən 14-ü ölüb.
Qeyd edək ki, İranda spirtli içki saxlamaq və ya içmək qanunsuzdur.
Bu qanunu pozanlar həbs oluna, hətta edam cəzasına məhkum edilə bilər.