Xerson atəşə tutuldu - 2 ölü, 25 yaralı
Rusiya ordusu növbəti dəfə Ukraynanın Xerson vilayətini atəşə tutub.
Redaktor.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, cümə günü vilayətin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb.
Məlumata görə, rusiyalı hərbçilər Xersonun yaşayış məntəqələrini 75 dəfə atəşə tutub.
Mərmilərin təhsil müəssisələrinə, inzibati və ticarət obyektlərinə düşdüyü bildirilir.