Putindən nüvə silahı ilə bağlı açıqlama

 10:56 17.06.2023     268

Rusiya prezidenti Vladimir Putin bildirib ki , Rusiyanın Ukraynanı nüvə bombası ilə vurmasına ehtiyac yoxdur .

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, o, taktiki nüvə silahından istifadə ideyasını bəyənmədiyini və buna mənfi yanaşdığını söyləyib.

Dövlət başçısı nüvə silahından yalnız Rusiyanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə və ya mövcudluğuna təhlükə yarandığı halda istifadə edəcəyinə söz verib.

"Nüvə silahı sözün geniş mənasında təhlükəsizliyimizi və Rusiya dövlətinin mövcudluğunu təmin etmək üçün yaradılıb. Ancaq birincisi, bizim belə bir ehtiyacımız yoxdur, ikincisi, bu mövzuda mülahizə yürütmək faktının özü də yəni silahdan istifadə həddinin aşağı salınması ehtimalıını aşağı salır”, - Putin əlavə edib.

Prezident həmçinin vurğulayıb ki, Rusiyanın NATO-dan daha çox nüvə silahı var.

"Onlar bizi razı salmağa çalışırlar ki, nüvə potensialının azaldılması haqqında danışaq".

Arzu İSMAYIL