Rus deputat Baydeni Krıma müalicəyə dəvət etdi

 12:10 17.06.2023     322

Dövlət Dumasının deputatı Mixail Şeremet ABŞ prezidenti Co Baydeni müalicə üçün Krıma gəlməyə dəvət edib.

Redaktor.az “İzvestiya”ya istinadla xəbər verir ki, o, bir təklifi mətbuata müsahibəsində səsləndirib.

“Düşünürəm ki, ABŞ-da Bayden sadəcə olaraq ələ salınır. Biz bundan ciddi narahatıq. Əminəm ki, onda yığılan aqressiya amerikalı təbliğatçılar nə qədər kölgə salınmağa çalışsalar da, televiziya ekranlarında özünü qabarıq şəkildə göstərən xroniki halsızlıqla bağlıdır. Bayden müalicə almaq üçün Krıma gələ bilər”, - deyə deputat bildirib.

Şeremet xatırladıb ki, Krımın təmiz havası, müasir tibbi avadanlıqları və ən yaxşı həkimləri var. O, həmçinin qeyd edib ki, bütün dünya Amerika liderinin ağlı başında olmasında maraqlıdır, çünki onun geniş səlahiyyətləri və ölkənin nüvə arsenalına çıxışı var.

"Təəssüf ki, Baydenin ətrafı onu idarə oluna bilən bir kukla kimi istifadə edir, buna görə də, bütün dünyanın xeyrinə düşünülmüş qərarlar qəbul edən  sağlam bir insan ola bilmir",- deyə Şeremet əlavə edib.

Qeyd edək ki, 80 yaşlı Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir, onun səhhəti mütəmadi olaraq vətəndaşlar arasında müzakirə və narahatlığa səbəb olur. Onun qəribə davranışı və tez-tez səhvləri bir çox amerikalıların onun psixi sağlamlığından şübhə etməsinə səbəb olur. Siyasətçi dəfələrlə ölkələrin adlarını qarışdırıb və təyyarəyə minərkən büdrəyib.

Arzu İSMAYIL