Tokayev Qazaxıstanda sovet xadimlərinin adlarından istifadədən narahatdır

 12:26 17.06.2023     322

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki obyektlərə SSRİ xadimlərinin şərəfinə adların verilməsini dayandırmağa çağırıb.

Redaktor.az bu barədə "RBC"ya istinadla xəbər verir.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan hakimiyyəti öz “görkəmli simalarının” siyahısını yaratmalıdır.

“Tarixi özünüdərkin gücləndirilməsində böyük əhəmiyyət kəsb edən ən mühüm ideoloji vasitə həm də onomastikadır. Kiminsə şəxsi maraqları və üstünlükləri naminə tərcümeyi-halı məqsədyönlü şəkildə mifləşdirilən sovet dövrünün xadimlərinin adlarının müxtəlif obyektlərə verilməsi praktikasına son qoymaq lazımdır”, - deyə Qazaxıstan rəhbəri bildirib.

Tokayev onu da əlavə edib ki, onomastika sahəsi milli prioritetlər nəzərə alınmaqla tənzimlənməlidir.

Eyni zamanda, o, elmin adı çəkilən bölməsinin tanınmış şəxsiyyətlərin qohumlarının və ya nəslinin deyil, dövlətin səlahiyyətində olduğuna aydınlıq gətirib.

Mart ayında Tokayev sovet xadimlərinə abidələr ucaldarkən daha diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, ölkədə, o cümlədən kütləvi repressiyalarda iştirak etmiş şəxslərə abidə və büst qoyulması praktikası davam edir.

O, həmçinin qeyd edib ki, ölkədə Qazaxıstanın yalnız bir regionunda tanınan şəxsiyyətlərə abidələr ucaldılır.

Tunar Altunbay