İŞİD Uqandada məktəbdə terror törətdi

 15:10 17.06.2023     275

İŞİD-ə bağlı yaraqlılar Uqandada terror aktı törədiblər və nəticədə azı 25 nəfər həlak olub.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə ölkə polisi öz Tvitter səhifəsində məlumat yayıb.

"25 cəsəd Bvera xəstəxanasına çatdırılıb. Həmçinin, səkkiz qurbanın vəziyyəti ağır olaraq qalır", - polis ölənlər arasında neçə məktəblinin olduğunu açıqlamayıb.

Hüquq-mühafizə orqanları Konqo Demokratik Respublikasındakı (DRC) Virunqa Milli Parkına doğru qaçan hücumçuları təqib edib.

"Agence France-Presse" isə xəbər verib ki, hücumun qurbanı olan 25 nəfərin hamısı tələbələrdir.

Bundan əvvəl İŞİD-ə beyət edən Demokratik Qüvvələrin Alyansı ilə əlaqədə şübhəli bilinən yaraqlılar Uqandanın qərbindəki Kasese rayonunda Mpondve şəhərində özəl orta məktəbə hücum edib bir neçə tələbəni qaçırıb.

Tunar Altunbay