Ərdoğan Türkiyə hökumətinin prioritet vəzifəsini AÇIQLADI

 20:08 17.06.2023     328

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hökumətinin əsas vəzifəsi ölkədə inflyasiyanı birrəqəmli rəqəmə endirməkdir.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Türkiyə Statistika Bürosunun açıqlamasına görə, may ayında illik inflyasiya 39,59% təşkil edib. İl ərzində ən böyük qiymət artımı - demək olar ki, 70% - restoranlara getmək və mehmanxanalarda qalmaq, eləcə də səhiyyə xidmətləri üçün qeydə alınıb.

Öz növbəsində, Müstəqil İnflyasiya Təhlili Qrupu (ENAG) inflyasiyanın 109% olduğunu bildirir.

Türkiyə Mərkəzi Bankı ilin sonuna qədər inflyasiyanın 22,3%-ə çatacağını proqnozlaşdırır.

Ərdoğan şənbə günü İstanbulda Türkiyə İxracatçılar Birliyinin iclasında çıxışı zamanı bildirib ki, bu problemin həlli yeni iqtisadi qərargahın birinci prioritetidir.

Tunar Altunbay