BMT Ukraynaya 1 milyard dollar ayıracaq
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Acim Steiner Ukraynanın baş naziri Denis Şmıqalla görüşdə ölkənin bərpası üçün 1 milyard dollar toplanılacağını bildirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Şmıqal öz "Telegram" kanalında yazıb.
"BMT-nin İnkişaf Proqramı tərəfdaşları ilə birlikdə Ukraynanın bərpası üçün 1 milyard dollar toplayır. Bu barədə Kiyevdə görüşümüz zamanı BMT-nin İnkişaf Proqramının rəhbəri Acim Steiner bildirib", - baş nazir qeyd edib.
O, aydınlaşdırıb ki, söhbət zamanı köçürülən müəssisələrin, kiçik və orta biznesin dəstəklənməsi məsələsi qaldırılıb.
"BMTİP bu məsələlərdə kömək etməyə hazırdır. Xüsusilə, sahibkarların hazırlanması və yenidən hazırlanması, potensial ixrac sənayelərinin inkişafı üçün təşəbbüslər hazırlanır. BMTİP enerji infrastrukturunun bərpasına da dəstək verəcək", - Şmiqal əlavə edib.
Tunar Altunbay