İnsan alverinə daha çox rast gəlinən 10 ÖLKƏ

 09:39 18.06.2023     467

ABŞ Dövlət Departamentinin son hesabatında göstərilir ki, Əfqanıstanda siyasi hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının ölkədəki insan alverində birbaşa əli var. 

Redaktor.az "Sputnik Əfqanıstana" istinadla bildirir ki, hesabatda həmçinin “Taliban” iqtidarının yeniyetmələrin məcburi əməyə, cinsi köləliyə və orduya cəlb edilməsində fəal iştirak etdiyi vurğulanıb.

Hesabatda insan alverinin daha çox rast gəlinən 10 ölkəni adı qeyd olunub.

Bu ölkələr Çin, İran, Rusiya, Eritreya, Myanma, Cənubi Sudan, Şimali Koreya, Suriya, Kuba və Türkmənistandır.