İranda güclü yağışlar 7 nəfərin həyatına son qoydu

 12:10 18.06.2023     376

İranın Ərdəbil əyalətində güclü yağış daşqınlara səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat verib.

Hadisə nəticəsində yeddi nəfər həlak olub, 5 030 zərərçəkənə yardım göstərilib.

Bundan başqa, güclü yağışlar nəticəsində Tehranı Xəzər dənizinin sahilində yerləşən Çalus şəhəri ilə birləşdirən yolda iki nəfər itkin düşüb.

Xilasedicilər onların axtarışlarını davam etdirir.

Qızıl Aypara Cəmiyyəti bildirib ki, güclü yağışlar bu həftə İranın 12 vilayətinə ziyan vurub, ən çox zərər çəkən isə Ərdəbildir.