Dəfnində dirilən qadın yenə öldü

 16:10 18.06.2023     378

Ekvadorda bir həftə əvvəl öz dəfn mərasimi zamanı dirilən yaşlı qadın reanimasiya şöbəsində dünyasını dəyişib.

Bu barədə Redaktor.az “Comercio” nəşrinə istinadən məlumat yayıb.

Materialda qeyd edildiyi kimi, bir həftə əvvəl öldüyü və dirildiyi elan edilən Bella Montoyanın Babaoyo xəstəxanasında öldüyü rəsmi olaraq elan edilib.

İyunun 9-da ürək-damar xəstəliyi ilə xəstəxanaya yerləşdirilən qadının öldüyü elan edilərək yaxınlarına təhvil verilib və onlar onu dəfn evinə aparıblar. Beş saat sonra ailə və dostlar cəsədi dəfn üçün hazırlamaq üçün tabutu açıblar. Məlum olub ki, o,  hələ də nəfəs alır.

Bellanın vəziyyəti ağır olduğundan yenidən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, yeddi gündən sonra orada ölüb.

Yerli həkimlər hələ ilk dəfndən əvvəl baş verənlərin səbəblərini izah edə bilmirlər. Onlar Bellanın katalepsiyaya düşdüyünü, yəni bir neçə gün davam edə biləcək hərəkətsizlik vəziyyətində olduğunu düşünürlər.