ABŞ-da atışma zamanı 29 nəfər yaralandı - Ölən də var

 17:54 18.06.2023     350

ABŞ-ın Çikaqo şəhəri yaxınlığındakı Uilovbruk qəsəbəsində ziyafətdə naməlum şəxs insanlara atəş açıb.

Bu barədə Redaktor.az “Country Herald”a istinadən xəbər verir.

Qeyd olunub ki, atışma zamanı 29 nəfər yaralanıb, onlardan biri ölüb. İki nəfərin vəziyyəti ağırdır, ümumilikdə 8 nəfər ambulator müalicə alır.

Atışma başlayanda hadisə yerində 200 və ya 300 nəfər olub.

Vumart və Güvən reklamı Vumart Güvən