Ukraynada işğalçıların canlı itkisi 220 minə çatır - FOTO

 18:17 18.06.2023     390

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 219 820 hərbçisi məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 984 tank, 7 729 zirehli maşın, 3 847 artilleriya sistemi, 610 reaktiv yaylım atəşi sistemi, 364 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 304 helikopter, 3 371 PUA, 1 211 qanadlı raket, 18 gəmi/qayıq, 6 571 avtomobil texnikası və avtosistern, 522 xüsusi texnikadan ibarətdir.

Bizimlə əlaqə saxlayın