Paşinyan bu ölkəyə getsə dərhal həbs ediləcək - FOTO

 22:31 18.06.2023     832

Ermənistanın baş naziri Nikol Paşinyana “Sülhməramlı” Mərkəzin (Миротворец) sanksiya bazasına daxil edilib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, onun adı Ukrayna məlumat bazasında Rusiya təcavüzünün ortaqları siyahısına daxil edilib. 

Səbəb kimi Paşinyanın “Ukraynaya qarşı humanitar təcavüz aktlarında iştirakı” və “Rusiya təcavüzünə açıq bəraət qazandırması” göstərilir.

Bundan əvvəl Kremlin himayədarı Vardanyan "Sülhməramlılar" bazasına əlavə edilib.

Məlumata görə, o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi siyahıda yer alıb (olke.az).