Türkiyə yenə güclü silkələndi
Türkiyədə zəlzələ olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədəTürkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi bildirib.
Bu gün yerli vaxtla saat 18.36 radələrində Malatyanın Pütürge rayonunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.