ABŞ Çinlə razılaşmanı pozdu

 10:27 19.06.2023     267

ABŞ hakimiyyəti Çinlə elmi-texniki sahədə əməkdaşlıq haqqında sazişi ləğv edib.

Redaktor.az  xəbər verir ki, “Reuters” bu barədə məsələnin müzakirəsi ilə tanış olan mənbələrə istinadən yazıb.

Xatırladaq ki, sözügedən müqavilə 1979-cu ildə imzalanıb.

Hazırda ABŞ hökumətində ÇXR ilə elmi əməkdaşlıq haqqında sazişin sonrakı taleyi müzakirə olunur. Mümkün variantlara şərtlərin dəyişdirilməsi və ya fasiləsi də buna daxildir.

Məlumata görə, sənədin müddətinin uzadılmasının tərəfdarları hesab edirlər ki, o, pozularsa, akademik və kommersiya əməkdaşlığı da dayandırılacaq. Öz növbəsində ABŞ və Çin Kommunist Partiyası arasında strateji rəqabət üzrə xüsusi komitənin rəhbəri, respublikaçı senator Mayk Qallager bildirib ki, müqavilənin uzadılması ABŞ-ın tədqiqat və əqli mülkiyyətini təhlükə altına salacaq.

Bundan əvvəl bildirilirib ki, ABŞ Çinlə kommunikasiya kanalları, o cümlədən ordu vasitəsilə əməkdaşlığı genişləndirmək istəyir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə ABŞ və Çin arasında kommunikasiya kanallarının müxtəlif səviyyələrdə açıq qalmalı olduğunu vurğulayıb.

Arzu İSMAYIL