Ukraynadakı bütün "Patriot"lar işlək vəziyyətdədir

 11:26 19.06.2023     243

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, Ukrayna qoşunlarının ixtiyarında olan bütün Amerika istehsalı "Patriot" zenit-raket kompleksləri işlək vəziyyətdədir.

Redaktor.az xəbər verir ki, bu barədə o, Rada telekanalının efirində deyib. 

"Bütün Patriotlar işlək vəziyyətdədirlər, işləyirlər, səmamızı qoruyurlar. "Patriot"da hər şey qaydasındadır, sizi əmin edirəm, bütün qurğular işləyir", - o, bildirib.

Eyni zamanda, İqnat Ukrayna Silahlı Qüvvələrində ilkin olaraq neçə "Patriot" sisteminin xidmətdə olduğunu, onlardan bəzilərinin sonradan məhv edilib və ya zədələndiyini, həmçinin hazırda neçə Amerika hava hücumundan müdafiə sisteminin işlədiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, mayın 17-də Rusiya Müdafiə Nazirliyi Kiyevdəki “Patriot” kompleksinin beş buraxılış qurğusunu və bir radiolokasiya stansiyasını hipersəsli “Kinjal” raketinin zərbəsi ilə məhv edilməsi barədə məlumat yayıb.

Daha sonra Pentaqon xəsarət almış komleksin zonun tamamilə yeniləndiyi barədə açıqlama paylaşdı.

Tunar Altunbay