Hindistanda anomal istilər səbəbindən 100-ə yaxın adam öldü

 12:58 19.06.2023     288

Hindistanın şimalında anomal istilər səbəbindən 100-ə yaxın adam ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Nəşrin məlumatına görə, ölkənin şimal əyalətlərində maksimal temperatur son günlərdə 44,7 dərəcəyə çatıb və havada 25 faiz rütubətliliyin olması vəziyyəti daha da ağırlaşdırır.

Yerli hakimiyyət orqanları hava şəraitinə görə, əhalini və xüsusən də yaşlıları gündüz saatlarında evdə qalmağa çağırır.

Xatırladaq ki, hər ilin aprel-iyun aylarında Hindistanın əksər bölgələrində ilin ən isti dövrü qeydə alınır, sonra isə musson yağışlar (mövsümi yağışlar) nəticəsində temperatur aşağı düşür.