Britaniyalı əlil arabası ilə 1085 metr yüksəklikdə olan dağa qalxdı - FOTO

 14:33 19.06.2023     528

Əli arabasında olan britaniyalı Bob Spenser dəniz səviyyəsindən 1085 metr yüksəklikdə olan Snoudon dağının zirvəsinə qalxıb. Snoudon dağı Britaniya adalarında ən yüksək zirvə hesab olunur.

Redaktor.az “Independent” agentliyinə istinadla xəbər verir ki, degenerative nevroloji xəstə olan Spenser bununla öz xəstəliyinə qalib gəlmək istəyib.

Xəstəlikdən sonra Bob Spenserin nitqində qüsur yaranıb və hərəkət müvazinəti pozulub. Qırx doqquz yaşlı britaniyalı zirvəni fəth etmək üçün son məsafəni iməkləyərək getdiyini deyib. Bildirib ki, həyatda qalmaq əzmi son anda ona çox kömək olub.

Qeyd edək ki, Bob Spenser indiyədək 5000 funt sterlinqdən (11 min AZN) çox pul toplayıb.

22