Çin Rusiyaya hərbi yardım etməyəcək - Blinken

 16:18 19.06.2023     203

Çin ABŞ-ı Ukrayna münaqişəsində istifadə etməsi üçün Rusiyaya hərbi yardım etməyəcəyinə inandırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsiÇin lideri Si Cinpinlə görüşdən sonra  ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, Pekində mətbuat konfransında deyib:

"Biz və digər ölkələr Çindən Rusiyaya dəstək verməyəcəyinə dair təminat almışıq. Biz bunu yüksək qiymətləndiririk".

ABŞ dövlət katibi Çinin bu cür siyasətini “vacib” adlandırıb və qeyd edib ki, ABŞ indiyədək Pekinin vədləri ilə ziddiyyət təşkil edəcək heç bir dəlil görməyib.

Blinken əlavə edib ki, ABŞ Çin şirkətlərinin Rusiyaya texnologiya təmin edə biləcəyindən narahatdır və buna görə də Pekini “sayıq olmağa” çağırır.

"Bu narahatdır, mən bu barədə çinli həmkarlarıma dedim",- Blinken əlavə edib.

Tunar Altunbay