Erməni müxalifəti 44 günlük müharibə ilə bağlı komissiyanı baykot etdi

 17:44 19.06.2023     258

Baş nazir Nikol Paşinyanın dəvət olunduğu 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında müxalifət nümayəndələri iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədfə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilir ki, “Mənim şərəfim var” və “Hayastan” fraksiyaların birgə bəyanatda bu addımı komissiyada iqtidar partiyasından olan nümayəndələrin çoxluq təşkil etməsinə etiraz olaraq atdıqları bəyan edilib.

Müxalifət bundan əvvəl daha bir parlamentdənkənar komissiyanın yaradılmasını təklif etsə də, hakimiyyət bunu rədd edib.

"Nikol Paşinyanın açıq şəkildə canlı yayımlda ifadə verməsi 44 günlük müharibənin ədalətli araşdırılmasına heç bir töhfə verməyəcək. Axı siz gizli hərbi, diplomatik, dövlət məlumatlarını ictimaiyyətə açıqlamayacaqsınız və onlar haqqında məlumat tələb etməyəcəksiniz. Baş nazirin açıq ifadə vermək istəyi, müxalifətin fikrincə, siyasi məsuliyyəti özündən cəhdidir. Bundan əlavə, ictimai dindirmə məsələsində Paşinyan üçün istisna komissiyaya dəvət olunan bütün digər şəxslər üçün qeyri-bərabər şərait yaradır. Bu şərtlər daxilində komissiya Paşinyan tərəfindən “günahkarların təyin edilməsi” platformasına çevriləcək. Buna əsaslanaraq, müxalifət deputatları bu şouda iştirak etməyəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, iyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda 44 günlük müharibənin vəziyyətinin araşdırılması üzrə müvəqqəti komissiyanın iclasında ifadə verəcək.

Bundan əvvəl keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Baş Qərargahın keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və bir sıra digər rəsmi şəxslər komissiyada olub və üzvlərinin suallarını cavablandırıblar.

Tunar Altunbay