Stoltenberqdən NATO ölkələrinə Çinlə bağlı ÇAĞIRIŞ

 18:38 19.06.2023     279

NATO ölkələri Çindən kritik resursların tədarükündən asılılığını azaltmalı və Qərb ölkələrinə qarşı istifadə oluna biləcək qabaqcıl texnologiyaları Çinə ixrac edilməməlidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində keçirilən “Alman Sənaye Günü” iqtisadi konfransında çıxışı zamanı deyib.

"Biz totalitar rejimlərdən asılılıqdan qaçmalıyıq. Biz Çindən kritik resursların tədarükündən asılı olmamalıyıq və Çini bizə qarşı istifadə oluna biləcək ən qabaqcıl texnologiyalarımızla təmin etməməliyik", - baş katib bildirib.

"Biz həmçinin 5G şəbəkələri kimi kritik infrastruktura nəzarəti itirməməliyik" -o, deyib.

Stoltenberq aydınlaşdırıb ki, NATO Qərbi həssas vəziyyətə salacaq "asılılıqdan qaçaraq, Çinlə ticarət və qarşılıqlı əlaqəni davam etdirmək" niyyətindədir.

Alyansın baş katibi həmçinin həm NATO ölkələrini, həm də özəl şirkətləri Çindən asılılığı azaltmaq üçün güclərini birləşdirməyə çağırıb.

Turan İSMAYIL