Almaniya bu ölkədəki ukraynalı qaçqınlara yardım edəcək
Almaniya ukraynalı qaçqınlara kömək məqsədilə Moldovaya 3 milyon avro qrant ayıra bilər.
Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinadən xəbər verir.
Moldova Nazirlər Kabineti bu məsələyə iyunun 21-də baxmağı planlaşdırır. Söhbət Almaniya hökuməti ilə danışıqların başlanması və sazişin imzalanmasından gedəcək.
“Almaniya hökuməti “Ukraynalı qaçqınların qəbulunda Moldova icmalarına dəstək” layihəsinin maliyyələşdirilməsi üçün 3 milyon avro ayıra bilər”, - materialda deyilir.
Qeyd olunur ki, layihəyə əsasən, pul Moldovanın Stefanvodski, Kauşanski və Unqeni rayonlarına göndəriləcək.
Sayt xatırladır ki, Rusiya işğalı başlayandan sonra bir sıra ukraynalılar ölkəni tərk edərək müvəqqəti olaraq Moldovaya köçüblər. BMT-nin Qaçqınlar üzrə Agentliyi Moldovada Ukraynadan olan 106 minə yaxın qaçqının olduğunu qeyd edib.
Turan İSMAYIL