BMT Təhlükəsizlik Şurası bu tarixdə Ukrayna üçün yığışacaq
BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzusuna həsr olunmuş iclası iyunun 23-nə təyin edilib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının bu həftə keçiriləcək iclaslarının cədvəlində qeyd olunub.
İclas saat 10:00-a təyin edilib.
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlonun hesabatla çıxış edəcəyi gözlənilir.