Bu ölkədə anomal istilər 166 nəfərin ölümünə səbəb oldu
Hindistanda istilər nəticəsində 166 nəfər həyatını itirib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Uttar Pradeş əyalətində 119, Bihar əyalətində 47 nəfər isti nəticəsində dünyasını dəyişib.
Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath, kondisionerlərin və soyuducuların düzgün işləməsinə görə fasiləsiz enerjinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib.
Dityanath vətəndaşları elektrik enerjisini israf etməmək üçün hökumətlə əməkdaşlığa çağırıb.
Həmçinin, Bihar əyalətində bütün məktəblər iyunun 24-dək bağlanılıb