Ukrayna Belarusu təcavüzkar ölkə kimi TANIDI
Ali Radanın deputatları Belarusu təcavüzkar ölkə kimi tanıyan qətnamə layihəsini qəbul ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Yurçişin məlumat verib.
“Mən Ukrayna Ali Radasında həmkarlarımla birlikdə Belarusun təcavüzkar ölkə kimi tanınması ilə bağlı qətnamə layihəsini qəbul etdim.”, - o, Teleqram kanalında yazıb.
Radanın saytında sənədə verilən izahat yazısında bildirilir ki, parlamentarilər müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən BMT, Avropa Şurası Parlament Assambleyası, NATO, ATƏT-ə bununla bağlı müraciət etmək niyyətindədirlər.
Deputatlar həmçinin Ukrayna hökumətini Belarusla diplomatik münasibətlərin dayandırılması məsələsini işləyib hazırlamağa və Kiyevin beynəlxalq tərəfdaşlarını Minskə təzyiqləri, o cümlədən sanksiyaları gücləndirməyə çağırış edəcəklər.
Bundan əlavə, parlamentarilər Belarus rəsmilərinin məsuliyyətə cəlb edilməsinə, təzminatların toplanmasına və Ukraynaya vurulan zərərin ödənilməsinə çağırış ediblər.
Tunar Altunbay