Sudana 3 milyon dollarlıq humanitar yardım ayrıldı

 09:40 20.06.2023     341

Avstraliya hökuməti Sudana 3 milyon dollar humanitar yardım göndərəcək.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bunu BMT-nin himayəsi altında Cenevrədə keçirilən Sudana yardım donorlarının konfransı çərçivəsində xarici işlər naziri Penni Vonq deyib.

O qeyd edib ki, Avstraliya hökuməti tərəfindən ayrılan vəsait ərzaq, su və ilkin tələbat mallarının, həmçinin tibbi ləvazimatların alınmasına sərf olunacaq. Təchizatla Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olacaq.

Əlavə olaraq, Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Kanberranın Sudana humanitar yardım kimi göndərdiyi vəsaitin ümumi məbləğinin təxminən 7 milyon dollar olacağını göstərib.

Bundan əvvəl Avstraliya tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına 4 milyon dollar göndərilib.

Həmidə İBRAHİMLİ