G7 xarici işlər nazirləri bu il üçüncü dəfə görüşəcək

 10:48 20.06.2023     416

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi iyunun 21-də Böyük Britaniyaya səfəri çərçivəsində Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri ilə görüşəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Xarici işlər naziri Hayaşi iyunun 21-də Böyük Britaniya və Ukrayna hökumətlərinin birgə təşkil etdiyi Ukraynanın yenidən qurulması üzrə konfransda iştirak edəcək. Nazir həmçinin Böyük Britaniyaya səfəri fürsətindən istifadə edərək G7 ölkələrinin xarici işlər nazirləri görüşəcək”, - deyə məlumatda qeyd edilir.

Hayaşi iyunun 21-22-də Londonda keçiriləcək Ukraynanın yenidən qurulmasına dair konfransda iştirak etmək üçün Böyük Britaniyaya gələcək. Tədbirdə Yaponiyanın bir neçə dövlət təşkilatı, o cümlədən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, eləcə də tikinti və tibblə məşğul olan 20-yə yaxın şirkət iştirak edə bilər. Onlar dağıntıların təmizlənməsi, minalardan təmizlənməsi, körpülər və kənd təsərrüfatı suvarma qurğuları kimi infrastrukturun yenidən qurulmasında iştirak etməyi və həkim çatışmazlığını aradan qaldırmaq üçün teletibb xidmətləri göstərməyi düşünürlər.

Qeyd edək ki, Yaponiya bu il G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammit keçirib.

Arzu İSMAYIL