Ukraynda daha 1010 Rusiya hərbçisi və 1 helikopter MƏHV EDİLDİ

 09:50 20.06.2023     442

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 221460 (+ 1010) nəfər canlı qüvvəsi, 3997 (+8) tank, 7750 (+15) ədəd zirehli döyüş maşını, 3888 (+23) ədəd artileriya sistemi, 614 (+4) reaktiv yaylım atəşi sistemi, 372 (+2) hava hücumundan müdafiə sistemi, 314 (+0) təyyarə, 306 (+1) helikopter, 3393 (+10) PUA, 1214 (+3) qanadlı raket, 18 (+0) gəmi, 6645 (+32) avtomobil texnikası və avtosistern, 531 (+5) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2