ABŞ Çinin Kubada hərbi mərkəz açmaq planından narahatdır

 10:35 20.06.2023     237

“Birləşmiş Ştatlar Çin və Kubanın adada birgə hərbi təlim mərkəzi açmaq planlarından narahatdır, çünki bu, Çin qoşunlarının ölkə yaxınlığında yerləşdirilməsinə və digər kəşfiyyat əməliyyatlarına səbəb ola bilər”.

Redaktor.az bu barədə “The Wall Street Journal” (WSJ) nəşrinə istinadən xəbər verir.

Adı açıqlanmayan ABŞ rəsmiləri nəşrə bildiriblər ki, adanın şimal sahilində obyekt tikmək üçün danışıqlar davam edir. Onların sözlərinə görə, prezident Co Baydenin administrasiyası sövdələşmənin qarşısını almaq üçün Kuba hakimiyyəti ilə əlaqə saxlayıb.

Daha əvvəl “WSJ” xəbər verib ki, Çin və Kuba ABŞ-da casusluq etmək üçün Kuba ərazisində gizli Çin casus bazası yerləşdirmək barədə razılığa gəliblər.

Həmidə İBRAHİMLİ