Tramp İrana hücum planından DANIŞDI

 10:57 20.06.2023     314

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonun İrana hücum etmək üçün gizli hərbi planı olması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Post” yazıb.

Onun sözlərinə görə, general Mark Milli ilə mübahisə zamanı onun bununla bağlı planı olduğunu iddia etməsinə baxmayaraq, belə bir sənəd heç vaxt olmayıb.

Bildirilir ki, Tramp İrana hücumla öz postunda qalmaq niyyətindən qorxan hərbçilərlə münaqişəyə girib.

 “Milli mənə heç bir bir məxfi sənəd vermədi. Sadəcə qəzet, jurnal hekayələri və məqalələri var idi. Yəni, açığını desəm, Milli səriştəsiz idi”, - ölkənin keçmiş lideri bildirib.

Bundan əvvəl, Pentaqon İranla münaqişənin gərginləşməsi ilə bağlı ABŞ-ın mövqeyini açıqlayıb.

Agentliyin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin hücumlara tez və qətiyyətlə cavab vermək niyyətindədir.

Arzu İSMAYIL