Bayden Putindən qorxduğunu etiraf etdi

 11:11 20.06.2023     339

ABŞ prezidenti Co Bayden Kaliforniyaya səfəri zamanı Putinin taktiki nüvə silahından istifadə edəcəyindən qorxduğunu etiraf edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.

“Putinin taktiki nüvə silahından istifadə edəcəyindən qorxanda mənə dəli kimi baxdılar. Amma bu, realdır”, - Amerika prezidenti bildirib.

Bundan əvvəl Co Bayden bildirib ki, Belarus ərazisində nüvə silahının yerləşdirilməsi məsuliyyətsizlikdir. “Mən artıq bu barədə dəfələrlə fikir bildirmişəm. Bu, tamamilə məsuliyyətsizlikdir”, - Amerika lideri bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskvanın nüvə silahından istifadə etməsi ölkənin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, dövlətin mövcudluğuna təhlükə yaranarsa, mümkündür. Eyni zamanda, Putin taktiki nüvə silahlarının nüvə qarşısının alınması elementi kimi istifadə edilməsi ideyasına mənfi münasibət bəslədiyini qeyd edib.

Rusiya liderinin bəyanatını şərh edən ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət yoxdur və ABŞ da öz növbəsində nüvə siyasətinə düzəliş etmək üçün heç bir səbəb görmür.

Tunar Altunbay