"Alibaba"nın baş direktoru hər iki vəzifədən istefa verəcək

 12:02 20.06.2023     379

Çinin dünyaca məşhur e-ticarət şirkəti "Alibaba Group Holding" şirkətin rəhbərliyində dəyişiklikləri açıqlayıb.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, onun baş direktoru və direktorlar şurasının sədri Daniel Çjanq hər iki vəzifəni tərk edəcək və müstəqil təşkilata ayrılması planlaşdırılan “Cloud Intelligence Group”un bulud xidmətləri bölməsinə rəhbərlik edəcək.

Məlumata görə, direktorlar şurasının yeni rəhbəri onun hazırkı sədr müavini Cozef Çay olacaq.

Hazırda bir sıra "Alibaba" e-ticarət platformalarını birləşdirən "Taobao" və "Tmall Group"a rəhbərlik edən Eddi Yunmin Vu şirkətin baş direktoru vəzifəsini icra edəcək. O, həmçinin şirkətin direktorlar şurasına da daxil olacaq.

Bundan əlavə, bütün dəyişikliklər 10 sentyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.

Daniel Çjhanq 2019-cu ildə Cek Ma vəzifəsini tərk etdikdən sonra "Alibaba"nın direktorlar şurasının sədri oldu. Çjanq 2015-ci ildən şirkətin baş direktorudur.

Həmidə İBRAHİMLİ