Bayden yenə səhv etdi: "Son 207 ildə etdiyim iş budur"

 13:38 20.06.2023     278

ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı xarici siyasət sahəsində təcrübəsini açıqlayıb.

Redaktor.az bu barədə “lenta.ru”ya istinadla xəbər verir.

Onun sözlərinə görə, 207 ildir ki, bu sahə ilə məşğul olur və keçmiş dövlət katibi Henri Kissincerdən heç də az məlumatlı deyil.

“Mən bir şey deyəcəyəm. Düşünürəm ki, mən Amerikanın xarici siyasətini bu gün yaşayan hər kəs, o cümlədən Kissincer qədər bilirəm. Bütün həyatım boyu, son 207 ildə etdiyim iş budur”,-deyə o, bildirib.

Çıxış zamanı Bayden tarixləri də qarışdıraraq “keçmişə səyahət edib". O, ABŞ hökumətinin 2030-cu il hədəflərinə istinad edərək, “qəribə” şəkildə amerikalılara 2020-ci ilə qədər ölkənin torpaq və su ehtiyatlarının 30 faizini qoruyacaqlarını vəd edib.

Arzu İSMAYIL