"Bu raketlərdən istifadə ABŞ və Böyük Britaniyanın münaqişəyə cəlb olunması deməkdir" - Şoyqu

 14:02 20.06.2023     389

“HIMARS” və “Storm Shadow” raketlərinin Ukraynadan kənarda, Krımı vurmaq üçün istifadə olunarsa, onların ordu qərargahlarına dərhal zərbələr endirələcək və ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması demək olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi idarənin kollegiyasının iclası zamanı deyib.

"Bu raketlərin xüsusi hərbi əməliyyat zonasından kənarda istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması demək olacaq və Ukrayna ərazisindəki qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirələcək", - deyə nazir bildirib.

Şoyqunun sözlərinə görə, Kiyevin belə planları barədə məlumat var.

Tunar Altunbay