Türkiyədə minimum maaş ARTIRILDI - 570 dollar
Türkiyədə minimum əməkhaqqının yeni məbləği müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, minimum əməkhaqqının müəyyən edilməsi komissiyası aralıq artımla bağlı üçüncü iclasını keçirib və üçüncü iclasdan sonra yeni minimum əməkhaqqı elan edilib. Yeni minimum əməkhaqqı 34 faiz artırılaraq 11 min 402 TL (484 ABŞ dolları) olub.
Bu, minimum əməkhaqqının xalis (vergi və digər icbari ödənişlər tutulduqdan sonra – red.) məbləğidir. Ümumi minimum əməkhaqqı isə 13 min 414 lirə (570 dollar) olacaq.
Qeyd edək ki, Azərbaycanda ümumi minimum əməkhaqqı 345 manatdır. Özəl sektorda icbari ödənişlər tutulduqdan sonra xalis minimum maaş 315,8 manat təşkil edir.